SON XƏBƏRLƏR

İran rəsmisi: “Mazarandana saxta spirtdən ölənlərin sayı 25 nəfərə çatıb”

2021.10.20, 07:36
İran rəsmisi: “Mazarandana saxta spirtdən ölənlərin sayı 25 nəfərə çatıb”

Gunaz.tv

GünazTV: İranın Mazandaran əyalətinin Tibbi Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasi aprelin 8-də mediaya açıqlamasında əyalətdə spirtdən ölənlərin sayının gündən-günə artmasından danışıb.

 

Abbasi deyib ki, son bir ay ərzində Mazandaranda saxta spirtdən ölənlərin sayı 25 nəfərə çatıb: “Ölənlərdən 24-ü kişi, biri isə qadındır. Bir daha vətəndaşlara xəbərdarlıq edərək bildiririk ki, ölkədə standard qaydalara uyğun hazırlanan heç bir alkoqollu içki yoxdur. Belə ki, hətta rəsmi firma markası olan spirtli içkilər də saxtadır və çox vaxt həmin içkilər qanunsuz olaraq gizli sexlərdə hazırlandıqdan sonra bazara satışa çıxarılır.

 

Valideynlərə də xəbərdarlıq edirik ki, öz övladlarının qayğısına qalsınlar və onları həmin spirtli içkilərdən uzaq saxlasınlar və rəsmi tibb mərkəzlərinin bu barədəki tövsiyələrinə əməl etsinlər” -deyə, Mazandaran əyalətinin Tibbi Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasi bildirib.

 

 

Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun iztirab və stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı artıb. Nəticədə, 3000-dən çox insan saxta spirtdən zəhərlənərək xəstəxanalaraq düşüb, ən azı 600 nəfər isə həyatını itirib.

 

A.M

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar