SON XƏBƏRLƏR

GünazTV April.16.2020: İrana bağlı qrupun saxta məzmunları Amerika sosial medialarından silinib

2021.10.20, 07:36
GünazTV April.16.2020: İrana bağlı qrupun saxta məzmunları Amerika sosial medialarından silinib

Gunaz.tv

İrana bağlı qrupun saxta məzmunları Amerika sosial medialarından silinib

Facebook və Twitter də daxil olmaqla Amerikanın sosial mediaları, Covid-19 virusunun ABŞ-a, xüsusən də prezident Donald Trump-ın özünə əlaqələndirən İran hökumətinə bağlı bir İnternet qrupunun yayınladığı məzmunlar silib.

Sosial şəbəkələrin fəaliyyəti və hərəkətlərini izləyən Graphika internet şirkətinin tədqiqatçıları bildiriblər ki keçən ay koronvirusun yayılmasına Trumpın reaksiyasını lağa qoyan bir cizgi, çox güman ki, Beynəlxalq Virtual Media Birliyi qrupunun (IUVM) işidir.

Beynəlxalq Virtual Media Birliyinin son yalan kampaniyalarından biri internet istifadəçilərini Coronavirusun ABŞ hökuməti tərəfindən hazırlanan bioloji silah olduğuna inandırmağa çalışan məzmunun hazırlanması və yayımlanmasıdır.

Bu Kampaniya İran hökumətinin uzun müddət yalan yayması və sui-qəsd nəzəriyyələrini təbliğ etməsi ilə əlaqədardır və İslam Respublikasının lideri Əli Xamenei, mart ayında heç bir sübut təqdim etmədən koronavirusun bioloji bir savaş olduğunu sübut etdiyini söyləmişdi və ABŞ-ı və cinləri iranlılara Xüsusi bir koronavirusu yaymağa cəhd etməkdə ittiham etmişdi.

Keçmişdə, yalanların və saxta xəbərlərin yayılması nəticəsində Amerikanın bir neçə sosial şəbəkəsi, o cümlədən Facebook, Instagram və Alphabet (Google ana şirkəti) bu İran qrupu ilə əlaqəli bəzi hesabları və saytları bağlamışdılar.

Məlumata görə, Beynəlxalq Virtual Media Birliyi İran hökumətinə bağlı bir İnternet qrupudur. Bu qrup, yalan məlumat yaymaq və saxta xəbər kampaniyaları başlatmaqla internet istifadəçilərinə təsir göstərmək məqsədi daşıyır. Qrup, İran hökumətinin siyasətini təbliğ etmək üçün 11-dən çox dildə, o cümlədən türk, ingilis, ispan, fransız, ərəb, rus, fars, urdu və puştu dilində məzmun yaradır və keçmişdə ABŞ, Səudiyyə Ərəbistanı və İsraildəki hədəflərə hücum edib.

Beynəlxalq Virtual Media Birliyi İran hökumətinə dəstək olaraq da, o cümlədən Quds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymani'nin öldürülməsi haqda mesajlar yayımlayır.

Graphika rəhbərləri bildiriblər ki o qrupun fəaliyyətlərinə qarşı çıxmaq və hesablarının dayandırılması təsirli olubdur.

Graphika son 37 səhifəlik raporunda bildirilir ki, İran hökumətinə bağlı bu şəbəkənin fəaliyyətləri iki sahəyə yönəlmişdir: birincisi, ABŞ-ı koronavirusun yayılmasında günahlandırmaq, ikincisi isə, Çinin bu virusla mübarizə səylərini tərifləmək.

 Əhməd Haşimi- GünAZ TV- Vaşinqton

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar