SON XƏBƏRLƏR

Şəhid Tohid Azəryundan bir neçə şeir parçası

2021.10.20, 07:36
Şəhid Tohid Azəryundan bir neçə şeir parçası

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, keçən günlərə təsadüf edən Aşura günündə Güney Azərbaycanın Qəhrəman Sulduz şəhərinin əhalisi, Güney Azərbaycanın Milli Azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarını ziyarət ediblər. onların ruhlarına dualar oxuyub ALLAHdan onlara rəhmət diləyiblər. bizdə bu münasibətlə unudulmaz Sulduzlu gənc şəhidimizin cənab Tohid Azəryunun sağ ikən yazdığı nisgilli şeirləri diqqətinizə təqdim edirik. ALLAH Azərbaycanın və Haq-Ədalət yolunun şəhidlərinə rəhmət eləsin. Xoş günlərim yaxındadır آزربايجان اودلو ائليم Azərbaycan odlu elim بالدان شيرين توركو ديليم Baldan şirin Türkü dilim دالغالاندير منيم سئليم Dalğalandır mənim selim هيممته قوربان من اولوم. Himmətə qurban mən olum آسلان كيمي نعره چكه ن Aslan kimi nə'rə çəkən نامردلرين قددين بوكه ن Namərdlərin qəddin bükən باي بك كيمين رهبر سئچه ن Baybək kimi rəhbər seçən جوراته قوربان من اولوم. Cür'ətə qurban mən olum قوي دئييم بير باي بك`يمدن Qoy deyim bir Baybək'imdən اؤز يوردومون ار تكيندن Öz yurdumun ər təkindən دوشمنلري قير كؤكوندن Düşmənləri qır kökündən ميللته قوربان من اولوم. Millətə qurban mən olum جاوانلارين غئيرتي وار Cavanların qeyrəti var قوجالارين حؤرمتي وار Qocaların hörməti var گئچميش ائلين عيززتي وار Geçmiş elin izzəti var عيززته قوربان من اولوم. İzzətə qurban mən olum ساوالان تك داغلاريميز Savalan tək dağlarımız چيچكليدير باغلاريميز Çiçəklənir bağlarımız كوراوغلوموز٬ نيگاريميز Koroğlu'muz, Nigar'ımız قامته قوربان من اولوم. Qamətə qurban mən olum سازلي صؤحبتلي آشيقلار Sazlı söhbətli aşıqlar اينسانلارا جان باغيشلار İnsanlara can bağışlar قوي قار ياغسين هم ياغيشلار Qoy qar yağsın həm yağışlar صؤحبته قوربان من اولوم. Söhbətə qurban mən olum سرين – سرين بولاقلارين Sərin sərin bulaqların قويونلارين٬ قوزولارين Qoyunların, quzuların ياشيل باشلي سونالارين Yaşıl başlı sunaların قيرآت`ا قوربان من اولوم. Qırat'a qurban mən olum پئيمانه لر دول-ها-دولا Peymanələr dol ha dola ايگيدلرين ساغدان سولا İgitlərin sağdan sola جان وئره ريك بيز بو يولدا Can verərik biz bu yola قودرته قوربان من اولوم. Qüdrətə qurban mən olum يورولماسين ائللريميز Yorulmasın ellərimiz هئچ سولماسين گوللريميز Heç solmasın güllərimiz لال اولماسين ديللريميز Lal olmasın dillərimiz نيييته قوربان من اولوم. Niyyətə qurban mən olum دومان داغلار باشيندادير Duman dağlar başındadır بوزقوردلاريم يانيندادير Boz qurdlarım yanındadır خوش گونلريم ياخيندادير Xoş günlərim yaxındadır شؤوكته قوربان من اولوم. Şövkətə qurban mən olum اونوتماريق گؤزدن آخان ياشلاري Unutmarıq gözdən axan yaşları كؤنلوم قوشو قانادلانيب اوچماسا Könlüm quşu qanadlanıb uçmasa وطن عئشقي اوركلرده جوشماسا Vətən eşqi ürəklərdə coşmasa پئيمانه لر دولوب – دولوب داشماسا Peymanələr dolub–dolub daşmasa آذر اوغلو دئدييينه چاتانماز AZƏROĞLU dediyinə çatanmaz جاني گئتسه اؤز ائليني آتانماز Canı getsə öz elini atanmaz ائل دئدييين قوهوم قارداش يولداشدي El dediyin qohum qardaş yoldaşdı تورك'ون ديلي ديللر ايچينده باشدي Türk'ün dili dillər içində başdı ندن گؤره ن ائليمين گؤزو ياشدي Nədən görən elimin gözü yaşdı اونوتماريق گؤزدن آخان ياشلاري Unutmarıq gözdən axan yaşları ائل كسه جك خايين اولان باشلاري El kəsəcək xayın olan başları هاردا قاليب ايگيتليك نيشانه سي Harda qalıb igitlik nişanəsi هاردا قاليب كوراوغلو`نون نعره سي Harda qalıb KOROĞLU'nun nə'rəsi آزربايجان سينديراجاق قفسي AZƏRBAYCAN sındıracaq qəfəsi ائل گووه نه ر آزربايجان آدينا El güvənər AZƏRBAYCAN adına آزادليغي سالين اونون يادينا . Azadlığı salın onun yadına غوربتده ياشاديم اؤز توپراغيمدا Qurbətdə yaşadım öz toprağımda ازليندن سؤيله ييبدير تانريميز Əzəlindən söyləyibidir Tanrımızا بو دونيادا ظولمه عوصيان ائيله يين Bu dünyada zülmə üsyan eyləyin باش قالديريب عرشه چاتمير آهيميز Baş qaldırıb ərşə çatmır ahımız دنيز كيمين سيز ده طوغيان ائيله يين Dəniz kimin siz də tuğyan eyləyin . گؤره ن ندير ائللريمين گوناهي Görən nədir ellərimin günahı ظاليمي توتاردي مظلومون آهي Zalimi tutardı məzlumun ahı كؤنول ياراليدير، دؤزولمور داهي Könül yaralıdır dözülməz dahı يارالي كؤنلومه درمان ائيله يين. Yaralı könlümə dərman eyləyin غوربتده ياشاديم اؤز توپراغيمدا Qurbətdə yaşadım öz torpağımda سالينديم دوستاغا بيرليك داغيمداSalındım dostağa birlik dağımda بولبوللر اوخومور گوللو باغيمدا Bülbüllər oxumur güllü bağımda ظاليم ساراييني ويران ائيله يين. Zalim sarayını viran eyləyin عدالت داغلارين چيخاندا ائليم Ədalət dağların çıxanda elim ظاليم بوغازيني سيخاندا ائليم Zalim boğazını sıxanda elim بيرليك بايراغيني آساندا ائليم Birlik bayrağını asanda elim دوشمن باغريني آل قان ائيله يين. Düşmən bağrını al qan eyləyin آزادليقدير منيم درديمين درماني Azadlıqdır mənim dərdimin dərmanı آراز كسدي ايكي قارداش آراسين Araz kəsdi iki qardaş arasın من آلارام گونئي گؤزو قاداسين Mən alaram Güney gözü qadasın باغلاسايديم اؤز ائليمين ياراسين Bağlasaydım öz elimin yarasın بير دييه رديم قوناق گلين بيزلره Bir diyərdim qonaq gəlin bizlərə قوربان اوللام او بولوتلو گؤزلره Qurban ollam o bulutlu gözlərə اوره ك دولو كده رله ندي آغلارام Ürək dolu kədərləndi ağlaram مرحم تاپيپ يارام اوسته باغلارام Mərhəm tapıb yaram üstə bağlaram مردين آدين اوره ييمده ساخلارام Mərdin adın ürəyində saxlaram آزادليقدير منيم درديمين درماني Azadlıqdır mənim dərdimin dərmanı من اولارام آزربايجان قورباني Mən olaram Azərbaycan qurbanı . سيز ده قالين دورنالار Siz də qalın durnalar دورنالاريم اوچوب گئتدي گؤلومدن Durnalarım uçub getdi gölümdən چوخ سؤيله ديم سيز ده قالين دورنالار Çox söylədim siz də qalın durnalar دومان گليب، اوز چئويرمير ائليمدن Duman gəlib üz çevirmir elimdən آزادليغين زنگين چالين دورنالار. Azadlığın zəngin çalın durnalar گؤللريمده اوزه ر چوخلو سونالار Gözlərimdə üzər çoxlu sunalar دورنالاريم گليب بورا قونارلار Durnalarım gəlib bura qonarlar ظولم كؤكلري آز قاليبدي دورنالار Zülm kökləri az qalıbdı durnalar ائل قيصاصين سيز ده آلين دورنالار . El qisasın siz də alın durnalar محببت ايسته رسه ن گل بو ائللره Məhəbbət istərsən gəl bu ellərə بيرليك كمريني باغلا بئللره Birlik kəmərini bağla bellərə قوربان اوللام بالدان شيرين ديللره Qurban ollam baldan şirin dillərə دونيايا دئييشمه م بالين دورنالار . Dünyaya deyişməm balın durnalar ذاتيم توركودور من اوغوز نسلي يه م Zatım Türkdür mən Oğuz nəsliyəm ائليم چوخدور من ده وارلي كسلي يه م Elim çoxdur mən də varlı kəsliyəm بير گون اگر تورك ائليني سسله يه م Bir gün əgər Türk elini səsləyəm سينديرارام بئليني زال`ين دورنالار. Sındıraram belini Zal'ın durnalar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar