SON XƏBƏRLƏR

Rasim Musabəyov: Burada əsas bir problem var ki, o da həmsədr dövlətlərin ürəyinin ermənilərin yanında olmasıdır...

2021.10.20, 07:36
Rasim Musabəyov: Burada əsas bir problem var ki, o da həmsədr dövlətlərin ürəyinin ermənilərin yanında olmasıdır...

Gunaz.tv
"Müharibə bizdən 20 il vaxt alıb" Rasim Musabəyov: "Bu münaqişəni tənzimləmək də o qədər vaxt aparacaq" -/newsphotos/2008/10/09/old_11112/buradaəsasbirproblemvarki,odahəmsədrdövlətlərinürəyininermənilərinyanındaolmasıdır...buradaəsasbirproblemvarki,odahəmsədrdövlətlərinürəyininermənilərinyanındaolmasıdır... Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində ciddi nəticənin əldə edilməməsi Azərbaycanda ATƏT-in Minsk Qrupuna qarşı narazılıqları daha da artırıb. Artıq ölkə rəsmiləri də öz bəyanatlarında Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin effektsiz olduğunu bəyan edirlər. Lakin Minsk Qrupu həmsədrlərinə qarşı tənqidlərin olmasına rəğmən rəsmi Bakı danışıqların formatının tərəfdarı deyil. Belə bir mövqenin tutulması isə yaxın perspektivdə Minsk Qrupunun fəaliyyətində hansısa dəyişikliklərin baş verməsini istisna edir. Politoloq Rasim Musabəyov isə hesab edir ki, Azərbaycanın formatla bağlı tutduğu mövqe normaldır. "Çünki bu format var və belə deyək ki, nəticə olmasa belə işləyir. Gürcüstan və Moldovanın ölkədaxili münaqişələrlə bağlı əsas narazılıqlarından biri elə həmişə bu olub ki, Azərbaycan yenə Minsk Qrupu çərçivəsində danışıqlar apara bilir və bu danışıqların müəyyən səviyyəsi və statusu var. Bizdə heç o format da yoxdur. Bu baxımdan mən də hesab edirəm ki, formatı dəyişməyə ehtiyac yoxdur. Minsk Qrupunun formatını dəyişdirmək üçün əvvəlcə ondan daha uğurlu format tapmaq lazımdır. Bu gün isə belə format yoxdur"- deyən politoloq onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesinin nəticə verməməsi heç də formatın effektsizliyi və həmsədrlərin işləməməsi ilə bağlı deyil. "Burada əsas bir problem var ki, o da həmsədr dövlətlərin ürəyinin ermənilərin yanında olmasıdır. Əslində həmsədər ölkələr ermənilərə çox ciddi təzyiq etsələr, prosesdə nəticə əldə etmək olar. Sadəcə, həmin ölkələrin maraqları indi belə bir təzyiq etmək səviyyəsində deyil". Rasim Musabəyov onu da bildirib ki, Minsk qrupuna həmsədrlik edən ölkələr dünyada kifayət qədər nüfuza malikdirlər və onların Ermənistana təzyiq etməsi də nəticə verə bilər. "Minsk Qrupunda Avropa Birliyini Fransa kimi böyük ölkə təmsil edir və Osetiyada baş verən hadisələr zamanı biz gördük ki, Nikola Sarkozinin qollarını çırmalayıb işə girişməsi bəzi məsələləri yerbəyer edə bildi. Eləcə də Birləşmiş Ştatlar və Rusiya. Bu ölkələrin hər biri erməniləri ağıla gətirə bilər. Sadəcə, mən hesab edirəm ki, prosesdə nəticənin olması üçün qüvvələr balansı dəyişməlidi. Ya Azərbaycan iqtisadi və hərbi baxımdan o qədər güclənməlidi ki, Ermənistanı himayə edən dövlətlər bundan nəticə çıxarıb erməniləri yola gətirsinlər. Ya da Minsk Qrupuna həmsədrlik edən ölkələrin bu münaqişənin həlli ilə bağlı maraqları elə bir səviyyədə olmalıdır ki, onlar ermənilərə təzyiq edərək onları geri çəkilməyə məcbur etsinlər. Üçüncü bir yol isə müharibədir. Mən hesab edirəm ki, biz bu problemi sülh yolu ilə həll etmək istəsək belə ciddi şəkildə müharibəyə hazırlaşmalıyıq. Yalnız bu halda həmsədr ölkələr və ermənilərin narahatçılığı da artacaq". Politoloq həmçinin onu da əlavə edib ki, münaqişənin həlli ilə bağlı yeni yaranmış mərhələdə bəzi problemlərin həlli rəsmi Bakının öz siyasətini hansı şəkildə müəyyənləşdirməsindən asılı olacaq. "Əgər Azərbaycan öz siyasətini düzgün tənzimləyə bilsə, bu problemi lap Rusiyanın köməyi ilə də həll etmək olar" deyən Musabəyov onu da vurğulayıb ki, istər Qərbin, istərsə də Rusiyanın Azərbaycanla bağlı olan maraqlarının həllini tapması rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tələblərinə bağlıdır. Münaqişənin həlli perspektivlərinə toxunarkən isə Rasim Musabəyov qeyd edib ki, hazırda əsas məsələ problemin nizamlanmasına başlamaqdır. "Əgər bu münaqişəyə girmək bizdən 20 il vaxt alıbsa, bu münaqişəni tənzimləmək də o qədər vaxt aparacaq. Ona görə də indi əsas olan nizamlanma prosesinin başlanmasıdır"- deyən politoloq DQ münaqişəsinin gələcəyi ilə bağlı nikbin olduğunu bildirib. "Hər halda mən əminəm ki, DQ münaqişəsinin həllini tapmasını görə biləcəm". Vüsalə Rafiqqızı sherg

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar