Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
"Bu ölkədə maliyyə böhranı hiss olunandan sonra Azərbaycanda kommersiya bankları istehlak kreditlərinin verilməsini dayandırıb" ABŞ-dakı maliyyə böhranı, onun aradan qaldırılması yönündəki cəhdlər dünyanın diqqətindədir. Senat prezident Corc Buşun bank sektoruna 700 milyard dollarlıq yardımla bağlı təklifini qəbul edib. İndi söz bir dəfə bu layihəni rədd etmiş Nümayəndələr Palatasına yönəlib. Bəs bu böhranın səbəbləri nədir? ABŞ-dakı böhran Azərbaycana necə təsir edə bilər? İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, artıq ABŞ-ın maliyyə sektorunda müşahidə edilən böhranın səbəblərini müəyyənləşdirmək mümkün deyil. Böhran faktiki bankların müflisləşməsi formasında özünü göstərsə də, bu gün Avropa Birliyi, Rusiya və digər ölkələr prosesin dünyada yayılmasından kifayət qədər narahatdırlar. Avropa Birliyi ölkələri yüz milyard avroya yaxın vəsaiti dövriyyəyə buraxıblar ki, maliyyə sektorlarını müdafiə edə bilsinlər. Ramiz Mikayıloğlu Rusiya hökuməti isə ölkədəki birjaların fəaliyyətini müvəqqəti dayandırıb. Bu onunla bağlıdır ki, şimal qonşumuz maliyyə sektorunda hansı tədbirləri həyata keçirəcəyilə bağlı bir qərara gələ bilmir. Birjaların fəaliyyətinin dayandırılması göstərir ki, Rusiya hökuməti prosesin necə sona çatacağını gözləyir. Yaponiyada, Cənubi Koreyada da hökumət kifayət qədər böyük vəsaitləri dövriyyəyə buraxıblar ki, maliyyə sektorlarını ayaqda saxlaya bilsinlər. Vüqar Bayramov dedi ki, ABŞ-da maliyyə böhranı ötən ilin avqust ayında ipoteka banklarının müflisləşməsiylə başlayıb. Məsələ ondadır ki, son 4-5 ildə ABŞ-da evlərin qiymətləri artıb. 2006-cı ildən evlərin qiymətində azalma meyilləri başlayıb. Son nəticədə 2007-ci ildə ipoteka bankları vətəndaşların gəlirlilik səviyyəsini və ödəmə qabiliyyətini nəzərə almadan verdikləri kreditləri geri qaytara bilməyiblər. Nəticədə ABŞ-ın aparıcı ipoteka bankları özlərinin müflisləşdiklərini bəyanlayıblar. 2008-ci ilin birinci yarısında ABŞ-da 2 faizlik iqtisadi artım qeydə alınıb. Güman olunub ki, iqtisadiyyatda qeydə alınan bu artım artıq ABŞ-da böhranın başa çatması deməkdir. Psixoloji nəticəsi də özünü tez göstərib, dollar digər valyutalara nisbətən möhkəmlənməyə başlayıb. On gün ərzində dollar avroya nisbətən 10 faizə qədər möhkəmlənib. Amma sonradan məlum olub ki, bu, əslində ABŞ-da başlanacaq böhran üçün siqnalmış. Nəhənglərin çöküşü 2008-ci ilin avqustunda aktivləri trilyon dollarlarla ölçülən beş investisiya, ipoteka bankı və sığorta şirkəti özlərinin müflisləşdiklərini elan ediblər. Miflisləşənlər 1 trilyon aktiv "Amerikan İnterneşnl Qrup" (AIG), 1,5 trilyon aktivlərə malik olan iki investiya bankı və 1,8 trilyon dollar aktivlərə malik iki ipoteka bankı idi. Kifayət qədər böyük məbləğdə xərclərə malik olan, müflisləşən maliyyə qruplarının aktivləri birlikdə ABŞ-ın federal büdcəsindən təxminən iki dəfə çoxdur. Hesablamalara görə, bu, keçən əsrin otuzuncu illərində müşahidə olunan "Böyük Durğunluq"la müqayisədə də daha ciddi və daha qorxuludur. Praktiki olaraq ABŞ-ın iqtisadiyyatı son yüz ildə belə böhranla rastlaşmayıb. Problem ondadır ki, 158 illik tarixə malik olan, ABŞ-ın ən iri investisiya bankı "Liman Brayzers"in özünü müflisləşmiş elan etməsinə digər aparıcı bankın-"Bank of Amerika"nın onun aktivlərini almaması səbəb olub. Çünki güman olunub ki, "Bank of Amerika" adıçəkilən investisiya bankını alacaq. "Bank of Amerika" yalnız "Liner Linc" bankının 50 milyard dollara alınmasıyla bağlı qərar verib. "Liman Brayzers"in "Bank of Amerika" tərəfindən alınmaması birincinin səhmlərinin bazar dəyərinin bir ay ərzində 95 faiz azalmasına gətirib çıxarıb. Bu da faktiki böhran deməkdir. Maliyyə sektoru ilə yanaşı ABŞ-da digər ciddi problemlər də var. Bu gün ABŞ-ın federal borcu 9,7 trilyon dollara qədər yüksəlib. Bu, ölkədə adambaşına 31,700 dollar borc düşməsi deməkdir. Eyni zamanda ABŞ-ın dövlət borcu 5,3 trilyon dollardır. Artıq ABŞ hökuməti sosial proqramlara maliyyə tapmaqda çətinliklə üzləşir. ABŞ-a həmin sosial proqramları həyata keçirmək üçün 59,4 trilyon dollar lazımdır. Bu isə o deməkdir ki, Qərbin bu aparıcı ölkəsinin dövlət borcları ümumdaxili məhsulun (ÜDM) 36,9 faizini təşkil edir. Federal və dövlət borcu birlikdə isə ABŞ-ın ÜDM-nin 65,5 faizinə bərabərdir. Rəqibinin müflisləşməsindən qorxan banklar Rəqəmlər göstərir ki, ABŞ-da kifayət qədər ciddi problemlər var. Yəni tək bank sektorunda deyil, bütövlükdə ABŞ-da ciddi problemlər mövcuddur. Məhz buna görə Ağ Ev Konqresə maliyyə sektoruna 700 milyard dollar yardımın göndərilməsilə bağlı təklif ünvanlayıb. Onun sözlərinə görə, bu gün Ağ Ev və digər dövlətlər ona görə narahatdır ki, əgər ABŞ-dakı böhranın qarşısını almaq mümkün olmasa, qlobal maliyyə böhranını qlobal böhran əvəzləyəcək. Bu o deməkdir ki, maliyyə sektorundakı böhran real istehsal sektoruna keçəcək. Belə olan halda dünyada qlobal iqtisadi sektorda balans pozulacaq, disbalans yaranacaq. Nəticədə qiymətlər kəskin artacaq. Real sektorda fəaliyyət göstərən istehsal müəssisələrinin müflisləşməsinə yol açılacaq. Beləliklə də, dünyada işsizliyin səviyyəsi artacaq. Ona görə də ABŞ, Avropa Birliyi və digər ölkələr qlobal maliyyə böhranından kifayət qədər narahatdırlar. Faktiki bank sektoruyla real sektor bir-birindən ayrılır. Real sektorla müqayisədə banklar təsirlərə daha çox həssasdır. Bank sektorunda rəqabət real sektordakı rəqabətlə müqayisə oluna bilməz. Məsələn, telefon istehsal edən müəssisə digər telefon istehsalçılarının müflisləşməsində maraqlıdır. Çünki digər müəssisə müflis olursa, deməli, qalan müəssisə daha çox telefon satacaq, qiymətlər yüksləcək, daha çox mənfəət əldə ediləcək. Səbəb də odur ki, təklif azalır, tələbatsa olduğu kimi qalır. Amma bank sektoru tamamilə fərqlidir. Bu sektorda rəqabət aparılsa da, bir bank digərinin müflisləşməsində maraqlı deyil. Əgər hər hansı bank müflis olursa, bu, bütövlükdə bank sektoruna inamın itirilməsinə gətirib çıxarır. Maliyyə böhranı real sektora keçəcək Qısası, bu gün söhbət ABŞ-da hər hansı bankın yox, maliyyə sektorunun iflic olmasından gedir. Vətəndaşlar tək müflisləşən banklardan yox, digər banklardan da əmanətləri geri çəkir, səhmlərini satırlar. Bu da qlobal böhranın təzahürüdür. 700 milyard dollar da ona görə lazımdır ki, ABŞ hökuməti müflisləşən bankların səhmlərini bu pulla almaq istəyir. Yəni dövlət bu yolla onların müflisləşməsinin qarşısını almağı düşünür. 4,3 trilyon dollar aktivlərə malik maliyyə qurumlarını müflisləşməkdən qorumaq üçün 700 milyard əslində o qədər də böyük vəsait deyil. Əgər Senatdan sonra Nümayəndələr Palatası növbəti dəfə 700 milyard dollarlıq paketi təsdiqləməsə, ABŞ-da başlanan və qlobal xarakter daşımaqda olan maliyyə böhranı real sektora keçəcək. Bəs nədən Nümayəndələr Palatasında 700 milyard dollarlıq paketin təsdiqiylə bağlı tərəddüdlər var? Bu vəsait maliyyə sektorunda böhranın qarşısını almaq üçün əsas vasitələrdən biri olsa da, bu vəsait ABŞ iqtisadiyyatı üçün heç də yalnız pozitiv dəyişikliklər vəd etmir. 700 milyard dollar ölkənin federal büdcəsinin 1/3-i deməkdir. Nəzərə alınsa ki, indiyə qədər hökumət artıq 200 milyard dollar xərcləyib, deməli, söhbət faktiki 900 milyard dolların bu sektora yönəldilməsindən gedir. Bu, qısa müddətdə, bir ay ərzində federal büdcənin yarısı qədər vəsaitin maliyyə böhranın nəticələrinin aradan qaldırılması üçün xərclənməsindən gedir. Bu da kifayət qədər ciddi neqativ nəticələr vəd edir. Çünki qısa müddətdə federal büdcənin yarısı qədər vəsaitin dövriyyəyə buraxılması o deməkdir ki, 2008-ci ilin büdcə ilini federal büdcə olduqca böyük kəsrlə başa vuracaq. Kəsri də düzəltmək üçün hökumət məcburdur ki, dövriyyəyə dollar inessiya etsin. Yuxarı bığ, aşağı saqqal... Dövriyyəyə əlavə dollar kütləsinin buraxılması mal və xidmətlərin qiymətlərinin artmasına gətirib çıxaracaq. İkincisi, dolların həm ABŞ-da, həm də ABŞ-dan kənarda məzənnəsi kəskin aşağı düşəcək. Başqa sözlə, 700 milyard dollar maliyyə böhranının real sektora keçməməsi üçün olduqca lazımdır. Eyni zamanda bu, ABŞ-da və dünyada qiymətləri artıracaq. Ona görə də ölkədə bu təkliflər paketinə ölkədə münasibət birmənalı deyil. Nümayəndələr Palatasındakı tərəddüdlər də bundan qaynaqlanır. ABŞ-dakı maliyyə böhranının, o cümlədən qəbul edilərsə, 700 milyard dolların dövriyyəyə buraxılmasının Azərbaycan iqtisadiyyatına gözlənən təsirinə gəlincə, Vüqar Bayramov artıq ölkəmizdə maliyyə böhranının hiss olunduğunu söylədi. Məsələn, ABŞ-da maliyyə böhranı hiss olunandan sonra Azərbaycanda kommersiya bankları istehlak kreditlərinin verilməsini dayandırıb. Adi telefonların alınmasıyla bağlı da kreditlərin verilməsi dayandırılıb. Məsələ ondadır ki, ABŞ-dakı böhrana qədər yerli kommersiya bankları xaricdən ucuz kreditlər cəlb ediblər. Milli Bankın mərkəzləşdirilmiş kredit uçot stavkası 15 faizdir, buna görə də yerli banklara xarici ölkələrdən, o cümlədən Avropa Birliyindən ucuz kreditlər cəlb etmək sərfəli olub. Avropa Birliyində isə kreditlər London birjasında müəyyənləşən libora əsasən verilir. Libor faizi də artıq 5,7-i faizə çatıb. Vasitəçinin də xidmət haqqını nəzərə alanda, Azərbaycan kommersiya bankları böhrandan əvvəl ABŞ və Avropa Birliyindən təxminən 10 faizlik kreditləri ölkəyə gətirə biliblər. Bu, hətta Milli Bankın uçot stavkasından 5 faiz ucuz olub. Məhz bunun nəticəsindədir ki, son bir ildə yerli kommersiya banklarımız xarici borclanmanı 3 dəfə artıraraq 1,5 milyard manata çatdırıblar. Amma böhrandan sonra ABŞ və Avropa Birliyində kredit faizləri yüksəlib. Həmin ölkələrdən artıq ucuz kreditlər götürmək mümkün deyil. Banklar da xaricdən kreditlər cəlb edə bilməkdikləri üçün istehsal kreditlərini dayandırıblar. Banklarımız kredit verməyə pul tapa bilmir Əgər 2007-ci ildə Azərbaycan banklarında müştərilərə verilən kreditlərin həcmi 56 faiz idisə, 2008-ci ildə bu, 66 faizə qəjər yüksəlib. Eyni zamanda 2007-ci ildə bankların əldə etdiyi mənfəətin 19 faizi müxbir hesablardan əldə olunurdusa, 2008-ci ildə həmin rəqəm 10 faizə qədər azalıb. Günümüzdə banklarda nəğd pul problemi də var. Bankların malik olduqları aktivlərin yalnız 4 faizi nəğd pullardır. Bankların investisiya qoyuluşu onun bütün aktivlərinin yalnız 7 faizini təşkil edir. Belə olan halda sözsüz ki, qlobal maliyyə böhranı Azərbaycanın bank sektoruna təsir göstərir. Əgər bu gün bank aktivlərinin 66 faizi məhz kreditlərin verilməsi hesabına formalaşırsa, bu gün banklar kredit verə bilmirsə, bu o deməkdir ki, Azərbaycanda bank sistemi kifayət qədər ciddi problemlərlə üzləşib. Başqa sözlə, banklara daxil olan vəsaitlərin 2/3-i məhz kreditlərin verilməsiylə bağlıdır. Amma bu gün kreditlər verilmirsə, deməli, həmin vəsaitlər banklara daxil olmur. Bu, həm də o deməkdir ki, Azərbaycanda bank sistemi aktivlərin azalması problemiylə üz-üzədir. Bu da kifayət qədər ciddi problemdir. Bütün bunlar da göstərir ki, qlobal maliyyə böhranı Azərbaycanda bank sektoruna ciddi təsir göstərir. ABŞ-da maliyyə sektoruna büdcədən 700 milyard dollar ayrılması barədə qərar qəbul ediləcəyi təqdirdə bunun da Azərbaycana təsiri olacaq. Bu, kommersiya banklarımız üçün kredit mənbələrinin bahalaşmasına gətirib çıxaracaq. Bu o deməkdir ki, Azərbaycanda kommersiya banklarının təklif etdikləri kreditlərinin faiz dərəcəsi kifayət qədər yüksələcək. Məsələn, bu gün kommersiya bankları 22-24 faizlə əmanət qəbul edirlər. Bu, olduqca qorxuludur. Başqa sözlə, kommersiya banklarının piramida sistemiylə işləməsi deməkdir. Bu, Azərbaycanda bank sektorunda 1993-cü ildəki böhranı xatırladır. Yəni banklar əhalidən əmanətləri yüksək faizlə qəbul edir və infilyasiyanı nəzərə alaraq gəlir əldə edirlər. Hətta bu gün dünyada ən yüksək inflyasiya Zimbabvedə müşahidə olunur, ancaq bu ölkənin də bankları 24 faizlə əmanət qəbul etmirlər. Əgər gələcəkdə Azərbaycanda inflyasiya dərəcəsi aşağı düşərsə, o zaman bankların əsaslandığı piramida sistemi işləməyəcək. Bu da bir sıra bankların müflis olmasına gətirib çıxaracaq. Buna görə Milli Bank və hökumət indidən önləyici tədbirlər üçün hərəkətə keçməlidir.
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
Urmu gölü qırmızı oldu
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İranda ərzaq qiymətləri 128 faizi keçdi
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir