“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAz TV: Bu gün aprelin 27-sidir. 91 il əvvəl məhz bu gün müstəqil Azərbaycan dövləti bolşevik-rus ordusu tərəfindən işğal olunub.
23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti rus işğalı nəticəsində devrilib, müstəqil dövlətin bütün atributları (rəmzləri) ləğv olunub və Azərbaycan ərazisi sovet (Şurəvi) imperiyasına birləşdirilib. Aprelin 28-də rəsmiləşən işğal Azərbaycanın ilhaqı idi. Aprelin 28-i sovet imperiyası mövcud olduğu 71 il ərzində rəsmi bayram olub. Yalnız 1991-ci ildə Azərbaycan təkrar müstəqillik qazandıqdan sonra 28 aprel həqiqəti xalqa açıqlandı və tarixdə öz həqiqi yerini aldı.
Azərbaycan Cümhuriyyəti dövrünün tədqiqatçısı Nəsiman Yaqublu rus işğalının 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə baş verdiyini deyir: “Həmin gecə 11-ci Qırmızı Ordunun döyüşçüləri Azərbaycan sərhədlərini keçərək ölkə ərazisini işğal ediblər. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, işğala qarşı çıxıb. Parlamentinin, aprelin 27-də keçirilən son iclasında bolşeviklərin verdiyi ultimatumu müzakirə edərkən Rəsulzadə və digərləri işğalın əleyhinə çıxış ediblər. Hələ 1920-ci ilin yanvarında SSRİ (Şurəvi) xarici işlər komissarı Çiçerinin adından Azərbaycan hökumətinə nota daxil olmuşdu. Bu notaların məzmunundan da görünür ki, rus bolşevikləri Azərbaycanın müstəqilliyini qəbul eləmək istəmir. Təəssüflər olsun ki, bir qədər sonra ermənilərin də köməyi ilə ruslar öz məqsədlərinə çatdılar. 1920-ci ilin mart ayında ermənilər Qarabağda qiyam qaldıraraq yerli əhaliyə hücumlar həyata keçirdilər. Hökumət ordunu Qarabağa, soyqırıma məruz qalan vətəndaşlarını qorumağa göndərdi. Ona görə də Bakı faktiki olaraq müdafiəsiz qalmışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Xaçmaz-Yalama istiqamətində 11-ci ordu hissələri Bakıya daxil oldular”.
Qeyd edək ki, sovet tarixçiliyində bolşeviklərin Bakını müqavimətsiz ələ keçirməsi ilə bağlı iddiaları da saxtadır. N.Yaqublu Bakıya hücum edən rus qoşunlarının Milli Ordunun müqaviməti ilə qarşılaşması ilə bağlı danılmaz tarixi sənəd-videogörüntü əldə edib: “Bu yaxınlarda Rusiya arxivlərində çalışarkən 1920-ci ilə aid yeni sənədlərlə rastlaşdım. Bunlardan biri həmin dövrdə çəkilmiş təxminən bir dəqiqəlik videolentdir. Həmin videolentdə göstərilir ki, 11-ci ordu Bakıya daxil olarkən Azərbaycan ordusu hissələri onlara müqavimət göstərib. Döyüş səhnəsini əks etdirən videolenti mən Bakıya gətirmişəm. Yəqin ki, yaxın günlərdə onu nümayiş etdirəcəyəm”.
Tarixçi alimin fikrincə, Azərbaycan Cümhuriyyəti işğala qarşı dayansa da dövrün şərtləri respublikanın süqutuna gətirib çıxarır: “Biz xalq olaraq 11-ci orduya təslim olmamışıq, bütün imkanlarla işğalçı bolşeviklərlə mübarizə aparmışıq. Sadəcə olaraq, o zaman Azərbaycanı işğal edən qüvvə həm say etibarı ilə çox idi, həm də o zaman ki, beynəlxalq şərait dövlətimizi qoruyub saxlamağa imkan vermədi”. Tədqiqatçı-alim o zaman Türkiyənin Azərbaycanı müdafiə edə bilməməsini də əlavə etdi. N.Yaqublu dedi ki, M.Rəsulzadənin məqalələrində aprelin 27-si işğal günü kimi göstərilir: “Bizdə bir çox hallarda işğal günü kimi aprelin 28-i göstərilməsi yanlışdır”.
Ancaq rus işğalı 27 apreldən çox sonralara qədər davam edib. Daha doğrusu, ruslar uzun zaman Azərbaycan ordusunun müqaviməti ilə qarşılaşıblar: “Mirzəbala Məmmədzadə yazırdı ki, işğaldan sonra Azərbaycanda 150-yə yaxın üsyan baş verib. Yəni 150 dəfə Azərbaycan xalqı bolşeviklərə qarşı etirazını bildirdi. Ən böyük üsyan isə 1920-ci il mayın 26-dan iyunun 4-dək Gəncədə baş verdi. Həmin üsyan zamanı Azərbaycan ordusunun döyüşçüləri və Gəncənin qəhrəman sakinləri 8 min rus əsgərini öldürüblər. Sonradan Gəncəyə əlavə, diviziyalar göndərildi və bu ordular Gəncəni yerlə yeksan etdilər. On min nəfərə yaxın Gəncə sakinini qətlə yetirdilər. Sonradan Zaqatala, Şəki, Naxçıvan və digər bölgələrdə də üsyanlar baş verdi. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmayıb”.
N.Yaqublunun sözlərinə görə, bolşevik işğalı nəticəsində Azərbaycanda yaradılmış dövlət təsisatları məhv edildi. Üçrəngli bayraq endirildi, ondan sonra ordu ləğv edildi. Bolşeviklər özləri imzaladıqları razılaşmaya əməl etmədilər: “Bolşeviklər Azərbaycanı işğal edəndə parlamentdə qəbul edilmiş 6 maddəlik sənədə əsasən bir çox atributlar qalmalı idi. Məsələn, sənədə görə siyasi partiyalara toxunulmamalı idi, ancaq işğaldan sonra partiyalar qapadıldı. Müsavat Partiyasının fəaliyyətini qadağan etdilər, üzvlərini repressiyalara məruz qaldılar. Eyni zamanda sənəddə Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə toxunulmaması şərti vardı. Ancaq buna məhəl qoyulmadı, Gəncənin qubernatoru (fərmandarı) Rəfibəyov güllələndi, Nəsib bəy Yusifbəylini, Fətəlixan Xoyskini müəmmalı şəkildə öldürdülər. Məhəmməd Əmin Rəsulzadəni həbs etdilər, Stalin gəlməsəydi güllələməyə hazırlaşırdılar. Bununla bağlı qərar vardı. Nəriman Nərimanov aldadıldı. Daha sonra Moskvada zəhərləyib aradan götürdülər. Yəni, Azərbaycanda əsası qoyulmuş müstəqil dövlətin bütün atributlarına son qoyuldu”. Yeni müsavat
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu