Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Pezeşkian Ermənistana səfər edib
Həmədanda onlarla tələbə zəhərləndi
GünAz TV: Musa Bərzinin sözlərinə görə, fars dilini və ya özlərini bu dildə yaxşı ifadə edə bilməyən milyonlarla qeyri-fars əhali İran məhkəmə sistemində “haqlı ikən haqsız duruma düşə bilir və ədalətsizliyə məruz qala bilirlər.”
“Amerikanın Səsi”nə danışan hüquqşünas müttəhimlərin tərcüməçi ilə təmin olunma haqqının İran qanunlarında konkret şəkildə zəmanətə alınmadığını vurğulayır. O deyir ki, məhkəmələrdə qeyri-fars icmalara mənsub vətəndaşların müdafiə haqqı tam yerinə yetirilmir.
“İranda milyonlarla insan farsca bilmir, bilsə də özünü fars dilində ifadə etməkdə çətinlik çəkir. Bir şəxs özünü hər hansı bir dildə ifadə etməkdə çətinlik çəkirsə və öz ana dili və ya başqa dildə daha rahatdırsa, o ölkə onun özünü rahat ifadə etməsi üçün lazımi imkanları təmin etməlidir,” Bərzin söyləyir.
O, İran məhkəmələrində insanların dil problemi üzündən ədalətsizliyə məruz qala bildiklərini önə çəkir:
“İnsanlar məhkəmədə özlərini qanunun müəyyən etdiyi dildə ifadə edə bilməsələr, bu o mənaya gəlir ki, ədalət onlar üçün təmin ola bilməyəcək. O insanların ədalətsizliyə məruz qalma ehtimalı daha çoxdur. Bu məsələ xüsusilə də cəza məhkəmələrində çox önəmlidir. Müttəhim ya şikayətçi fərq etməz, məhkəmədə özünü ifadə edə bilməsə və sözlərini məhkəmə məsullarına ya hakimlərə çatdıra bilməsə, qarşı tərəf onu məğlub edə bilər. Bu şəxs haqlı ikən haqsız duruma düşə bilər.”
Hüquqşünasın fikrincə, İran məhkəmə sistemində bu məsələnin önəmi və ağırlığına uyğun olaraq tədbirlər görülməyib.
O hesab edir ki, buproblemin tam həlli üçün, xüsusilə milyonlarla insanın danışdığı dillərə ən azından öz bəlgələrində rəsmi status verilməlidir.
“Bu problemin kökdən həll olunması üçün farscanın yanında digər dillərin də rəsmi olması gərəkir. Ən azından 30 milyon insanın danışdığı türkcə də farscanın yanında rəsmi olması lazimdir. Bu dillərin ən az öz bölgələrində rəsmi olması zərurətdir. Amma, indi ki bu dillər rəsmi deyil, nə etmək lazimdir? Başqa ölkələrdə tərcüməçi ilə təmin olunma haqqı tanınır. Yəni bir şəxsin rəsmi idarə dilində danışmaq və özünü ifadə etmək gücü yoxdursa, dövlət ya hər hansı bir qurum ona tərcüməçi təmin etmə haqqı tanıyır.”
Bərzin bu haqqın İran qanunlarında zəmanətə alınmadığını bildirir.
“İran qanunlarında görürük ki, bir şəxs farsca danışıb və yaza bilmirsə, ona sadəcə prokurorluq mərhələsində bir tərcüməçi tutacaqlar. Bundan başqa bir şey yoxdur. Yəni qanun demir ki, bunun polis mərkəzində də bu haqqı var, ya başqa mərhələlərdə. Sadəcə o mərhələdə tərcüməçi haqqı var ki, prokurorluqdadır,” o, qeyd edir.
Hüquqşünas bu durumun beynəlxalq normalara uyğun olmadığını vurğulayır: “Bu, yetərli deyil. Çünki, beynəlxalq sənədlərə baxanda, qeyd olunur ki, dövlət idarə dilini bilməyən şəxsləri tərcüməçi xidməti ilə təmin etməklə mükəlləfdir.”
İram məhkəmələri rəsmi tərcüməçilərdən istifadə edilir, amma Musa Bərzinin dediklərinə əsasən, bu xidmət əməldə İran vətəndaşlarına şamil olmur:
“Məhkəmələrdə rəsmi tərcüməçilərdən istifadə etmək ənənəsi yoxdur. Yəni, elə ənənə yoxdur ki, İranda yaşayan qeyri-fars etnik qruplar üçün rəsmi tərcüməçi istifadə olunsun. Onlar ümumiyyətlə xarici vətəndaşlar üçündür. Yerli sakinlər üçün tərcüməçi işini ağsaqqal üsulu ilə həll edirlər. Misal, oralarda farscanı yaxşı bilən, türkcəni də bilən bir şəxsi tapıb gətirirlər. Amma bu yetərli deyil. Bu şəkildə o şəxsin haqlarını qorumaq olmaz.”
O əlavə edir, “rəsmi tərcüməçilər o dilləri yaxşı bilirlər. And içiblər və məsuliyyət daşıyırlar. Amma hər hansı birini küçədən tapıb gətirəndə, onun heç bir məsuliyyəti yoxdur. Bu durumda tərcümə yanlış olsa, bunu daha sonra isbatlamaq da çətindir.”
Qeyri-fars icmalara mənsub müttəhimlərin nəzarət altına alındıqdan sonra məhkəməyə qədərki proseslərdə dil problemi yaşaya biləcəklərinə diqqət çəkən vəkil məhkəmələrdə “qeyri-fars millətlərin müdafiə haqqının tam yerinə yetirilmədiyini” vurğulayır.
“Bir müttəhimi ki, tuturlar, ilk başda polis mərkəzi ya istintaq idarəsinə (Agahi) gətirilib, orada ifadəsi alınır. Bu çox zamanlarda yazılı şəkildə olur. Yəni vərəqəni qarşısına qoyurlar ki, ‘sən bu işi gördün ya görmədin?’ O şəxs o dili yaxşı bilmirsə, o suallara doğru cavab verə bilməyəcək. Yəni deyə bilərik ki, qeyri-fars millətlərin müdafiə haqqı tam yerinə gətirilmir,” deyə hüquqşünas bildirir.
Beynəlxalq insan haqları qurumlarına görə, xüsusilə ölüm cəzası ilə mühakimə edilən müttəhimlərin düzgün tərcümə xidmətilə təmin olunmaması düzəldilməz faciələrə yol aça bilər.
Amnesty International təşkilatının bəyanatlarına istinadən, fars dilini anlamayan müttəhimlərin bəzisi onlara qarşı irəli sürülən ittihamları başa düşmür. Qurum o cümlədən, ötən illərdə daşqalaq cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyani və Şamama Qurbaninin farsca bilmədiklərini və sorğu-sual prosesində imzalamaq məcburiyyətində qaldıqları farsca sənədlərin nədən ibarət olduğunu anlamadıqlarını qeyd edib.
“İranda 200-dən artıq suçun cəzası edamdır. Təbiidir ki, edam cəzası ilə mühakimə olunan insanlar bu məsələdə daha böyük çətinliyə düşə bilərlər. Misal üçün narkotik maddə ilə əlaqədar tutulan bir şəxs, böyük ehtimal ki, yüksək təhsili də yoxdur. Təbiidir ki, farscanı da yaxşı bilməsin. Təsəvvür edin ki, bunun mühakimə prosesi 3 il, 4 il sürə bilər. Bütün bu proseslərdə o özünü farsca ifadə etməyə məcbur olsa tamamilə ədalətsiz bir durum yaranar. Ayrıca bunların vəkillə görüşmə haqqı olmur. İranda vəkil sadəcə məhkəmə mərhələsində olur. Hələ bunların dövlət qurumlarına məktub yazmağa ehtiyacı olur ki, yaza bilmirlər. Təəsüflə İran həbsxanalarında belə bir xidmət verilmir” - deyə, Musa Bərzin əlavə edir.
Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət müraciət edə bilərsiniz:
https://www.amerikaninsesi.org/a/musa-barzin/5118021.html
N.S
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Rubio: Əhəmənilər talançı idilər
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü