SON XƏBƏRLƏR

Artıq türk dili elmi və texnoloji mənada Avropa dilinə çevrilib

2021.10.20, 07:36
Artıq türk dili elmi və texnoloji mənada Avropa dilinə çevrilib

Gunaz.tv
GünAzTv: TUBİTAK Türkiyə türkcəsinin Avropa dilləri arasında hər növ elektron əməliyyatlara qatılması üçün Avropa Birliyinin (AB) bahalı infrastruktur layihəsinin icrasını boynuna götürüb. Qurum Avropa Birliyinin yeddinci çərçivə proqramlarına daxil olan "MULTIlingualism Integrated to Speech and Audio UNDerstanding" (MULTISAUND) proyektini həyata keçirir. Bu layihə çərçivəsində türkcə hər cür professional tərcümə, danışığı və danışanı tanımaq, səs kodlaşdırma və rəqəmsallaşdırma, dil və ləhcə modelləşdirməsi və hətta danışığı sintez etmək kimi bir çox sahədə AB-nin hakim dilləriyilə yanaşı istifadə olunacaq. TUBİTAK-ın Milli Elektronik və Kriptoloji Araşdırma Mərkəzinin (UEKAE) mütəxəssisi Alper Kanak danışma və dil texnologiyalarında türkcənin beynəlxalq miqyasda vacib dilə çevirməyi qarşıya məqsəd qoyduqlarını, bu istiqamətdə işlərini uzun illərdir ki, davam etdirdiklərini açıqlayıb. Kanak son 10 ildə toplanan məlumat təcrübəsiylə başqa dillərdən türkcəyə tərcüməyə, türkcədən də başqa dillərə tərcüməyə imkan verəcək texnologiyaların infrastrukturunu hazırladıqlarını açıqlayıb. Eyni zamanda, o, avtomatik tərcümə, danışma sintez etmə, dil və aksent tanıma, natiq və danışma tanıma, səs kodlaşdırma və rəqəmsallaşdırma, dil modelləşdirmə və təbii dil əməliyyatı, akustik və fonetik modelləşdirmə, danışığı müqayisə etmə və səs-küy aradan qaldırma mövzularında da işlər icra etdiklərini bildirib . TUBİTAK UEKAE-in kriminal təqiblərdən media izləmə proqramlarına qədər türkcədə geniş miqyasda səs texnologiyalarından istifadədən danışan Alper Kanak təşkilatlarının bu sahədəki yerini beynəlxalq yarışlarda əldə etdiyi mükafatlarda sübuta yetirdiyini söyləyib. Araşdırma qruplarının IWSLT (International Workshop on Spoken Language Translation) yarışmasında son üç ildə ingiliscə, ispanca, ərəbcə, çincə, yapon dillərinə tərcümədə ilk üç yerdə qərarlaşdıqlarını deyən Alper Kanak UEKAE-in 2009-cu ildən türkcəni də bu yarışmaya daxil etdiyini və türkcə-ingiliscə tərcümədə birinci olduqlarını deyib. Alper Kanak türkcənin Avropada ingilis, fransız və almanca kimi hakim dillər arasında yerini möhkəmləndirməsi üçün Avropa Birliyinin yeddinci çərçivə proqramına aid olan MULTISAUND proyektini Avropa Komissiyasının qəbul etdiyini açıqlayıb. Kanak proyektin icrasını TUBİTAK-ın boynuna götürdüyünü və proyektin başqa ortağının da olmadığını bildirib. TUBİTAK-ın MULTISAUND proyektilə Avropa Komissiyasından ən yüksək- 15 bal alaraq Türkiyədə bir ilk reallaşdırdığını açıqlayan Kanak deyib: "Beləcə Avropa Birliyi TUBİTAK UEKAE-ə etibarını təsdiqləyib və mərkəzin yerini bu proyektlə türk diliylə əlaqədar texnologiyalarda Avropanın gözündə ən üst sıraya yüksəldib. MULTISAUND proyektilə artıq türk dili də elmi və texnoloji mənada Avropa dilinə çevrilib və layiq olduğu yerə gəlib". "MULTISAUND"in keçən il fəaliyyətə başladığını və TUBİTAK UEKAE-nin əsasındakı laboratoriyaların texniki infrastrukturlarının bu proyektlə tamamlandığını deyən Alper Kanak mərkəzlərinin Avropadakı bənzər mərkəzlərlə eyni səviyyəyə gəldiyini, hətta bəzi məsələlərdə həmin mərkəzləri qabaqladığını söyləyib: "Proyekt türkcənin bütün elektron əməliyyatlarda istifadəsi baxımından çox əhəmiyyətli inkişaf olacaq. Məsələn, bir oteldə bütün avtomatik sistemlərə türkcə də əlavə olunacaq. Danışığında problemi olan vətəndaşlar üçün kompüter müalicə proqramlarında türk dili də olacaq. Xarici dil bilməyən vətəndaşlarımız avtomatik səsli tərcümə qabiliyyəti olan və türkcə danışan naviqasiya cihazlarıyla xarici ölkədə yolunu itirməyəcək. Eyni şəkildə layihə beynəlxalq sahədə yaşlıların telefon vasitəsilə sağlamlıq kimi bəzi xidmətlərdən yararlanması üçün də böyük fayda yaradacaq. Sərhəd keçişlərində də avtomatik sistemlər dil bilmə problemini ortadan qaldıracaq. Mərkəzimiz yaxın gələcəkdə hər cür danışma və dil texnologiyalarında Şərq ilə Qərb arasında texnologiya körpüsü olmağı hədəfləyir". Kanak proyektin türkcə dil və danışma əməliyyatlarını təkmilləşdirib, türkcə ilə əlaqədar işlərdəki çatışmamazlıqların aradan qaldırılmasına çalışır. Bu məqsədlə də layihə Avropa Birliyinə təklif olunub: "Layihə türkcəni Avropa Birliyi dili olmağa hazırladığı kimi gələcəkdə çoxdilli proyektlərə iştirakı genişləndirməyi də hədəfləyir". Layihə çərçivəsində xəbərləşmə testlərinin nəzarəti və xüsusi əməliyyat mərkəzinin quraşdırılması planlaşdırılır: "Altısı əcnəbi olmaqla 11 araşdırma təşkilatının maraq göstərdiyi proyektdə Avropadakı araşdırma qruplarıyla əməkdaşlıq nəzərdə tutulur. Almaniya, İtaliya, İspaniya, İngiltərə və Türkiyənin də məşhur universitetlərilə böyük texnologiya firmalarından ibarət geniş konsorsium, TUBİTAK UEKAE-in yeni proyektlər alması texniki və elmi infrastrukturunun tamamlanması üçün mərkəzlə ortaq fəaliyyət göstərəcək. Proyektdə əldə olunan təcrübələr seminar, məlumatlar, yazılı və vizual mətbuat və internet vasitəsilə ictimaiyyətlə paylaşılacaq". Kanak inkişaf etdiriləcək infrastruktur sayəsində əldə edilməsi planlanan texnoloji irəliləyişlərin bəzilərini belə sıralayıb: "Beynəlxalq platformalarda taktiki xəbərləşmənin çox dilli olması təmin ediləcək. Böhran və təcili müdaxilə ssenarilərində çox millətli fəaliyyət təmin ediləcək. Sərhəd qapılarında təhlükəsizlik işçilərilə ziyarətçilərin çox dilli ünsiyyət qura bilməsi mümkün olacaq. Uşaq və gənclərin əylənərkən öyrənməsini təmin edəcək interaktiv səsli və çoxdilli həll yolları tapılacaq. Səs qeydlərindəki səs-küy azaldılacaq, xəbərləşmə cihazlarındakı danışmanın anlaşılmasının keyfiyyəti artırılacaq". Bayram Alı TUBİTAK Türkiyə türkcəsinin Avropa dilləri arasında hər növ elektron əməliyyatlara qatılması üçün Avropa Birliyinin (AB) bahalı infrastruktur layihəsinin icrasını boynuna götürüb. Qurum Avropa Birliyinin yeddinci çərçivə proqramlarına daxil olan "MULTIlingualism Integrated to Speech and Audio UNDerstanding" (MULTISAUND) proyektini həyata keçirir. Bu layihə çərçivəsində türkcə hər cür professional tərcümə, danışığı və danışanı tanımaq, səs kodlaşdırma və rəqəmsallaşdırma, dil və ləhcə modelləşdirməsi və hətta danışığı sintez etmək kimi bir çox sahədə AB-nin hakim dilləriyilə yanaşı istifadə olunacaq. TUBİTAK-ın Milli Elektronik və Kriptoloji Araşdırma Mərkəzinin (UEKAE) mütəxəssisi Alper Kanak danışma və dil texnologiyalarında türkcənin beynəlxalq miqyasda vacib dilə çevirməyi qarşıya məqsəd qoyduqlarını, bu istiqamətdə işlərini uzun illərdir ki, davam etdirdiklərini açıqlayıb. Kanak son 10 ildə toplanan məlumat təcrübəsiylə başqa dillərdən türkcəyə tərcüməyə, türkcədən də başqa dillərə tərcüməyə imkan verəcək texnologiyaların infrastrukturunu hazırladıqlarını açıqlayıb. Eyni zamanda, o, avtomatik tərcümə, danışma sintez etmə, dil və aksent tanıma, natiq və danışma tanıma, səs kodlaşdırma və rəqəmsallaşdırma, dil modelləşdirmə və təbii dil əməliyyatı, akustik və fonetik modelləşdirmə, danışığı müqayisə etmə və səs-küy aradan qaldırma mövzularında da işlər icra etdiklərini bildirib . TUBİTAK UEKAE-in kriminal təqiblərdən media izləmə proqramlarına qədər türkcədə geniş miqyasda səs texnologiyalarından istifadədən danışan Alper Kanak təşkilatlarının bu sahədəki yerini beynəlxalq yarışlarda əldə etdiyi mükafatlarda sübuta yetirdiyini söyləyib. Araşdırma qruplarının IWSLT (International Workshop on Spoken Language Translation) yarışmasında son üç ildə ingiliscə, ispanca, ərəbcə, çincə, yapon dillərinə tərcümədə ilk üç yerdə qərarlaşdıqlarını deyən Alper Kanak UEKAE-in 2009-cu ildən türkcəni də bu yarışmaya daxil etdiyini və türkcə-ingiliscə tərcümədə birinci olduqlarını deyib. Alper Kanak türkcənin Avropada ingilis, fransız və almanca kimi hakim dillər arasında yerini möhkəmləndirməsi üçün Avropa Birliyinin yeddinci çərçivə proqramına aid olan MULTISAUND proyektini Avropa Komissiyasının qəbul etdiyini açıqlayıb. Kanak proyektin icrasını TUBİTAK-ın boynuna götürdüyünü və proyektin başqa ortağının da olmadığını bildirib. TUBİTAK-ın MULTISAUND proyektilə Avropa Komissiyasından ən yüksək- 15 bal alaraq Türkiyədə bir ilk reallaşdırdığını açıqlayan Kanak deyib: "Beləcə Avropa Birliyi TUBİTAK UEKAE-ə etibarını təsdiqləyib və mərkəzin yerini bu proyektlə türk diliylə əlaqədar texnologiyalarda Avropanın gözündə ən üst sıraya yüksəldib. MULTISAUND proyektilə artıq türk dili də elmi və texnoloji mənada Avropa dilinə çevrilib və layiq olduğu yerə gəlib". "MULTISAUND"in keçən il fəaliyyətə başladığını və TUBİTAK UEKAE-nin əsasındakı laboratoriyaların texniki infrastrukturlarının bu proyektlə tamamlandığını deyən Alper Kanak mərkəzlərinin Avropadakı bənzər mərkəzlərlə eyni səviyyəyə gəldiyini, hətta bəzi məsələlərdə həmin mərkəzləri qabaqladığını söyləyib: "Proyekt türkcənin bütün elektron əməliyyatlarda istifadəsi baxımından çox əhəmiyyətli inkişaf olacaq. Məsələn, bir oteldə bütün avtomatik sistemlərə türkcə də əlavə olunacaq. Danışığında problemi olan vətəndaşlar üçün kompüter müalicə proqramlarında türk dili də olacaq. Xarici dil bilməyən vətəndaşlarımız avtomatik səsli tərcümə qabiliyyəti olan və türkcə danışan naviqasiya cihazlarıyla xarici ölkədə yolunu itirməyəcək. Eyni şəkildə layihə beynəlxalq sahədə yaşlıların telefon vasitəsilə sağlamlıq kimi bəzi xidmətlərdən yararlanması üçün də böyük fayda yaradacaq. Sərhəd keçişlərində də avtomatik sistemlər dil bilmə problemini ortadan qaldıracaq. Mərkəzimiz yaxın gələcəkdə hər cür danışma və dil texnologiyalarında Şərq ilə Qərb arasında texnologiya körpüsü olmağı hədəfləyir". Kanak proyektin türkcə dil və danışma əməliyyatlarını təkmilləşdirib, türkcə ilə əlaqədar işlərdəki çatışmamazlıqların aradan qaldırılmasına çalışır. Bu məqsədlə də layihə Avropa Birliyinə təklif olunub: "Layihə türkcəni Avropa Birliyi dili olmağa hazırladığı kimi gələcəkdə çoxdilli proyektlərə iştirakı genişləndirməyi də hədəfləyir". Layihə çərçivəsində xəbərləşmə testlərinin nəzarəti və xüsusi əməliyyat mərkəzinin quraşdırılması planlaşdırılır: "Altısı əcnəbi olmaqla 11 araşdırma təşkilatının maraq göstərdiyi proyektdə Avropadakı araşdırma qruplarıyla əməkdaşlıq nəzərdə tutulur. Almaniya, İtaliya, İspaniya, İngiltərə və Türkiyənin də məşhur universitetlərilə böyük texnologiya firmalarından ibarət geniş konsorsium, TUBİTAK UEKAE-in yeni proyektlər alması texniki və elmi infrastrukturunun tamamlanması üçün mərkəzlə ortaq fəaliyyət göstərəcək. Proyektdə əldə olunan təcrübələr seminar, məlumatlar, yazılı və vizual mətbuat və internet vasitəsilə ictimaiyyətlə paylaşılacaq". Kanak inkişaf etdiriləcək infrastruktur sayəsində əldə edilməsi planlanan texnoloji irəliləyişlərin bəzilərini belə sıralayıb: "Beynəlxalq platformalarda taktiki xəbərləşmənin çox dilli olması təmin ediləcək. Böhran və təcili müdaxilə ssenarilərində çox millətli fəaliyyət təmin ediləcək. Sərhəd qapılarında təhlükəsizlik işçilərilə ziyarətçilərin çox dilli ünsiyyət qura bilməsi mümkün olacaq. Uşaq və gənclərin əylənərkən öyrənməsini təmin edəcək interaktiv səsli və çoxdilli həll yolları tapılacaq. Səs qeydlərindəki səs-küy azaldılacaq, xəbərləşmə cihazlarındakı danışmanın anlaşılmasının keyfiyyəti artırılacaq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar